...

Venesualanın Kolumbiya ilə sərhədində gəmi batıb: 10 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 22 Noyabr 2017 05:14 (UTC +04:00)
Venesuelanın Kolumbiya ilə sərhədində Orinoko çayında gəmi batıb
Venesualanın Kolumbiya ilə sərhədində gəmi batıb: 10 nəfər itkin düşüb

Bakı. Trend:

Venesuelanın Kolumbiya ilə sərhədində Orinoko çayında gəmi batıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, gəminin batması nəticəsində 10 nəfər itkin düşüb, 8 nəfər isə xilas edilib. Xilas edilənlər arasında 1 nəfər uşaqda olub.

İlkin məlumatlara görə, sərnişin gəmisi mühərrikində problem yaranan digər yük gəmisinə kömək etmək üçün dayanıb. Bu zaman gəmi sualtı daşlara dəyib batmış ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti