...

Hindistanda qatarı relsdən çıxdı - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 24 Noyabr 2017 14:27 (UTC +04:00)
Hindistanın Uttar-Pradeş ştatında sürət qatarının qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub, 9 nəfər xəsarət alıb
Hindistanda qatarı relsdən çıxdı - Ölən və yaralananlar var

Bakı. Trend:

Hindistanın Uttar-Pradeş ştatında sürət qatarının qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində azı 3 nəfər həlak olduğu, daha 9 nəfərin xəsarətlər aldığı bildirilir.

Məlumata görə, insident qatar Qoa adasında Patna şəhərinə hərəkət edərkən baş verib - hərəkətdə olan sürət qatarı relsədn çıxıb. Ümumilikdə 13 vaqon aşıb.

Qəzadan sonra dəmir yolunda qatarların hərəkəti dayandırılıb.

Qatarın hansı səbəbdən relsdən çıxması məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti