...

Sinay yarımadasında hərbi əməliyyat nəticəsində 30 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 25 Noyabr 2017 01:13 (UTC +04:00)
Misir təhlükəsizlik qüvvələri Sinay yarımadasında aparılan hərbi əməliyyat zamanı 30 terrorçunu məhv ediblər
Sinay yarımadasında hərbi əməliyyat nəticəsində 30 terrorçu məhv edilib

Bakı. Trend:

Misir təhlükəsizlik qüvvələri Sinay yarımadasında aparılan hərbi əməliyyat zamanı 30 terrorçunu məhv ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçular yarımadanın mərkəzində yerləşən Er-Risan kəndində zərərsizləşdiriliblər.

Hazırda xüsusi xidmət orqanları terrorçuların terror aktını hazırladıqları düşərgələrinin axtarışını aparırlar.

Qeyd edək ki, bu gün Misirin Sinay yarmadasında terrorçuların məscidə hücumu nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti