...

Tramp: Rusiyanı günahlandıraraq, demokratlar seçkilərdə məğlubiyyətlərinə haqq qazandırırlar

Dünya xəbərləri Materials 27 Noyabr 2017 07:19 (UTC +04:00)
Rusiyanın ehtimal olunan seçkilərə müdaxiləsini, ABŞ-ın Demokratik partiyası 2016-cı ilin seçkilərində məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurublar
Tramp: Rusiyanı günahlandıraraq, demokratlar seçkilərdə məğlubiyyətlərinə haqq qazandırırlar

Bakı. Trend:

Rusiyanın ehtimal olunan seçkilərə müdaxiləsini, ABŞ-ın Demokratik partiyası 2016-cı ilin seçkilərində məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurublar.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Yazıda deyilir: "Mənim hakimiyyətə gəldiyim gündən bütün eşitdiyiniz - demokratların seçkilərdə məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurduqları bəraətdir: Rusiya, Rusiya, Rusiya. Buna baxmayaraq, mən ölkə iqtisadiyyatında canlanmanı təmin etmişəm və 10 ay ərzində keçmiş prezidentlərdən daha çox iş görmüşəm. Amerikanı yenə ulu edək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti