...

Estoniyada NATO-nun kibertəlimləri başladı

Dünya xəbərləri Materials 28 Noyabr 2017 18:06 (UTC +04:00)
Estoniyada NATO-nun "Cyber Coalition" adlı genişmiqyaslı kibertəlimləri başlayıb.
Estoniyada NATO-nun kibertəlimləri başladı

Bakı. Trend:

Estoniyada NATO-nun "Cyber Coalition" adlı genişmiqyaslı kibertəlimləri başlayıb. Trend-in məlumatına görə, bu barədə ölkə Müdafiə Qüvvələri Baş Qərargahı xəbər yayıb.

Məlumata görə, təlimlərdə infotexnologiyalar, hüquq sahəsi üzrə 700-dən artıq mütəxəssis, NATO-nun 25 ölkəsindən məmurlar iştirak edirlər.

Təlimlərə həmçinin alyansa tərəfdaş ölkələr Finlandiya, İsveç, İrlandiya, İsveçrədən də nümayəndələr qatılıb.

Kibertəlimlərdə məqsədin NATO ölkələri və alyansın tərəfdaş ölkələrinin belə kiber hücumlara hazırlıq səviyyəsini yoxlamaq və artırmaqdır.

Xəbər lenti

Xəbər lenti