Bakı. Trend:
Türkiyədə sərhədçilər Gürcüstan vətəndaşının çamadanında qadın aşkar ediblər.
Trend-in məlumatına görə, sərhədçilərin diqqətini Artvin vilayətində sərhəd-keçid məntəqəsində özünü şübhəli aparan şəxs cəlb edib.
Axtarışlar zamanı, ölkəyə qeyri-leqal yolla daxil olmağa çalışan 22 yaşlı qadın aşkar edilib.
Qeyd edək ki, bu ilin fevralında həmin sərhəd-keçid məntəqəsində çamadanlarda iki gürcü vətəndaşı aşkar edilmişdi.