...

BMT 2018-ci ildə Cənubi Sudanda humanitar əməliyyatlar üçün $1,72 mlrd. istəyib

Dünya xəbərləri Materials 14 Dekabr 2017 03:14 (UTC +04:00)
Dekabrın 13-də BMT Cənubi Sudanın 6 milyon sakininə humanitar yardımın göstərilməsi üçün dünya ölkələrindən $ 1,72 mlrd. ayrılmasını istəyib
BMT 2018-ci ildə Cənubi Sudanda humanitar əməliyyatlar üçün $1,72 mlrd. istəyib

Bakı. Trend:

Dekabrın 13-də BMT Cənubi Sudanın 6 milyon sakininə humanitar yardımın göstərilməsi üçün dünya ölkələrindən $ 1,72 mlrd. ayrılmasını istəyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak jurnalistlərə bildirib.

Onun sözlərinə görə, münaqişənin 4 ili ərzində təxminən 4 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb: "Onlardan 2 milyonu qonşu ölkələrə qaçıb. Bundan əlavə, ölkənin bir neçə rayonunda dərhal reaksiya tələb edən kütləvi aclıq təhlükəsi var".

Xəbər lenti

Xəbər lenti