...

İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib

Dünya xəbərləri Materials 14 Dekabr 2017 06:41 (UTC +04:00)
İsrail aviasiyası Qəzza zolağında yerləşən HƏMAS mövqelərinə hava zərbələri endirib
İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib

Bakı. Trend:

İsrail aviasiyası Qəzza zolağında yerləşən HƏMAS mövqelərinə hava zərbələri endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Dekabrın 14-də İsrail müdafiə ordusu Qəzza zolağının müxtəlif rayonlarında yerləşən HƏMAS-ın 3 hərbi mövqeyinə hava zərbələri endirib. Hərbi obyektlər təlim mərkəzləri və silah anbarları kimi istifadə olunurdu".

Qeyd edək ki, daha əvvəl İsrail Hava Hücumundan Müdafiə qüvvələri Qəzza zolağından atılan iki raketin qarşısını alıblar, bir raket isə sərhəddə boş əraziyə düşüb.

Xəbər lenti

Xəbər lenti