...

Putin Trampla telefonla danışıb

Dünya xəbərləri Materials 15 Dekabr 2017 03:29 (UTC +04:00)

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, danışıqlar zamanı ikitərəfli münasibətlər və "qaynar nöqtələr"də vəziyyət müzakirə olunub, xüsusilə Koreya yarımadasının probleminin həlli.

Qeyd olunur ki, danışıq ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti