...

Saakaşvilini təkrar dindirilməyə çağırılacaq (YENİLƏNİB)

Dünya xəbərləri Materials 18 Dekabr 2017 12:39 (UTC +04:00)
Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib
Saakaşvilini təkrar dindirilməyə çağırılacaq (YENİLƏNİB)

Bakı. Trend:

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəldə də, prokurorun yanına keçmədən dəhlizdə jurnalistlərlə görüşərək, binanı tərk edib. Trend-in məlumatına görə, bu səbəbdən onun yenidən dindirilməyə çağırılacağı qeyd olunub.

M.Saakaşvili jurnalistlərə bildirib ki, yalnız Təhlükəsizlik xidmətinə müsahibə verəcək".

X X X

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib.

Trend-in məlumatına görə o, cinayətkar təşkilatların üzvlərinə kömək göstərmək ittihamı ilə dindirilməyə çağırılıb.

M.Saakaşvili qanuna əməl etmək üçün ifadə verməyə gəldiyini deyib: "Mən Ukrayna prokurorlarına hörmət etmirəm, mənim Ukrayna qanunlarına hörmətim var".

Onun sözlərinə görə, bu cinayət işinin səbəbi "onun Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu" üzə çıxarmaqdır.

Xəbər lenti

Xəbər lenti