...

BMT: Dünyada 258 milyona yaxın insan miqrantdır

Dünya xəbərləri Materials 19 Dekabr 2017 06:12 (UTC +04:00)
258 milyona yaxın insan və ya dünya əhalisinin 3,4 faizi anadan olduğu plkədə yaşamır və beynəlxalq miqrant hesab olunur
BMT: Dünyada 258 milyona yaxın insan miqrantdır

Bakı. Trend:

258 milyona yaxın insan və ya dünya əhalisinin 3,4 faizi anadan olduğu plkədə yaşamır və beynəlxalq miqrant hesab olunur.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Məruzəsində deyilir.

Məruzəyə əsasən, 2000-ci ildən miqrantların sayı 49 faiz artıb. Miqrantların əksəriyyəti 5 ölkədə yaşayır: ABŞ - 49,8 milyon , Səudiyyə Ərəbistanı, Almaniya və Rusiya (hər ölkədə 12 milyon miqrant), Böyük Britaniya - 9 milyon miqrant. Miqrantların yaşadığı regionlar arasında ilk yerdə Asiya (80 milyon) qərarlaşıb, ikinci yerdə Avropa (78 milyon), üçüncü yürdə isə Şimali Amerika (58 milyon).

Miqrantların anadan olduqları ölkələr arasında isə ilk yerdə Hindistan (17 milyon) qərarlaşıb, ikinci yerdə Meksika (13 milyon). Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan isə 6-11 milyon insan öz ölkəsini tərk edib.

Xəbər lenti

Xəbər lenti