...

Dağıstanda iki silahlı məhv edilib

Dünya xəbərləri Materials 19 Dekabr 2017 05:13 (UTC +04:00)
Dağıstanda antiterror əməliyyatı nəticəsində iki silahlı məhv edilib
Dağıstanda iki silahlı məhv edilib

Bakı. Trend:

Dağıstanda antiterror əməliyyatı nəticəsində iki silahlı məhv edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsinin məlumat mərkəzindən bildiriblər.

Məlumata əsasən, məhv edilən silahlılar terror fəaliyyəti ilə məşğul olublar. Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, dekabrın 17-də Dağıstanın Qubden kəndində 3 silahlı, o cümlədən silahlı dəstənin liderlərindən biri Əlihacı Xamutayev məhv edilib. Ə.Xamutayev 8 nəfərin ölümü və Rusiya daxili işlər nazirliyinin konvoyuna hücum təşkil etməkdə şübhəli bilinirdi.

Xəbər lenti

Xəbər lenti