...

Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə buraxılış məntəqəsini bağlayıb

Dünya xəbərləri Materials 20 Dekabr 2017 10:23 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə "Selva" nəzarət-buraxılış məntəqəsini (NBM) bağlayıb.

Trend xəbər verir ki, Krallıq rəhbərliyi hələ məlumatı şərh etməyib.

Qeyd edək ki, "Selva" Səudiyyə Ərəbistanı ilə Qətər arasında yeganə NBM-dir.

Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Dohanı terrorçu təşkilatlara dəstəkdə və Yaxın Şərqdə vəziyyətin qeyri-sabitləşdirilməsində ittiham edərək Qətərlə diplomatik münasibətlərini dayandırdıqlarını elan etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti