...

BQXK: Şərqi Qutadan kritik vəziyyətdə olan 29 xəstə təxliyə edilib

Dünya xəbərləri Materials 30 Dekabr 2017 01:14 (UTC +04:00)
Şərqi Qutadan kritik vəziyyətdə olan 29 xəstənin Dəməşqə humanitar təxliyəsi başa çatıb
BQXK: Şərqi Qutadan kritik vəziyyətdə olan 29 xəstə təxliyə edilib

Bakı. Trend:

Şərqi Qutadan kritik vəziyyətdə olan 29 xəstənin Dəməşqə humanitar təxliyəsi başa çatıb.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Təcili tibbi yardıma ehtiyacı olan 29 nəfərin təxliyəsi başa çatıb. Bu, gələcək təxliyələr üçün yol açaçaq müsbət addımdır", - məlumatda deyilir.

Komitənin məlumatına görə, 29 nəfərdən əlavə onların ailə üzvləridə təxliyə edilib. Cəmi 85 nəfər təxliyə olunub.

Xəbər lenti

Xəbər lenti