...

Taylandda fırıldaqçıya 13275 il həbs cəzası verilib

Dünya xəbərləri Materials 30 Dekabr 2017 04:36 (UTC +04:00)
Taylandda Pudit Kittitradilok adlı şəxs maliyyə piramidasının təşkilinə görə məhkum olunub və 13275 il müddətinə azadlıqdan məhrum edilib
Taylandda fırıldaqçıya 13275 il həbs cəzası verilib

Bakı. Trend:

Taylandda Pudit Kittitradilok adlı şəxs maliyyə piramidasının təşkilinə görə məhkum olunub və 13275 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, 34 yaşlı fırıldaqçı Karlo Pontsı sxemi üzrə pul yığılmasını təşkil edib və 40 min nəfərə yaxın insanı sərmayə qoymağa cəlb edə bilib. İnvestorlar artıq onun şirkətinə 160 milyon dollar yatırım ediblər. Məhkəmə Kittitradiloku 2653 maddə üzrə təqsirli bilib.

Təqsirləndirilən günahını etiraf etdiyinə görə, həbs müddəti iki dəfə azaldılıb və o 6637 il həbs cəzası alıb.

Xəbər lenti

Xəbər lenti