Bakı. Trend:
İranın Həmədan şəhərində etiraz aksiyaları zamanı azı 150 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, şəhərin meri Ali Taali bildirib ki, saxlanılanlar arasında yerli və digər şəhərlərin sakinləri var.
Xatırladaq ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.
Hökumət məmurları insanları qanunsuz etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıblar.