...

Ermənistanı çox ağır il gözləyir - iqtisadi problemlər etirazlarla sonlanacaq

Dünya xəbərləri Materials 6 Yanvar 2018 15:01 (UTC +04:00)

Bakı. Trend:

2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi və ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar etirazlar fəallaşa bilər.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib.

Eyni zamanda, Ermənistan İşəgötürənlər İttifaqının sədri Qagik Makaryan benzin və qazın bahalaşmasının bütün sahələrə təsir edəcəyini bildirib.

Qeyd edək ki, bu ilin əvvəlindən Ermənistanda benzin, qaz və dizel yanacağının qiymətləri 10 faizədək artıb. Bundan başqa, ölkədə 800-dən çox məhsulun qiymətinin bahalaşması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti