...

ABŞ-da qeyri-leqal miqrantların saxlanılması üzrə əməliyyatlar keçirilib

Dünya xəbərləri Materials 11 Yanvar 2018 05:13 (UTC +04:00)
ABŞ-ın İmmiqrasiya Xidməti qeyri-leqal miqrantların saxlanılması üzrə böyük əməliyyatlar keçirib
ABŞ-da qeyri-leqal miqrantların saxlanılması üzrə əməliyyatlar keçirilib

Bakı. Trend:

ABŞ-ın İmmiqrasiya Xidməti qeyri-leqal miqrantların saxlanılması üzrə böyük əməliyyatlar keçirib.

Trend-in məlumatına görə, "7-Eleven" mağazalar şəbəkəsinin 100-ə yaxın mağasında keçirilən əməliyyatlar nəticəsində 21 qeyri-leqal miqrant saxlanılıb.

İmmiqrasiya Xidmətinin məlumatına əsasən, əməliyyatlar ölkənin paytaxtı Vaşinqtonda və 17 digər ştatda keçirilib: "Bu tədbirlər qeyri-leqal miqrantları işlədən Amerika firmalarına sərt mesajdır: biz qanunun tələblərini yerinə yetirəcəyik və əgər siz onu pozursunuzsa, onda buna görə cavab verməli olacaqsınız".

Qeyd edək ki, "7-Eleven" mağazalar şəbəkəsinin dünya üzrə 60 min mağazası var. Onlardan 8 mindən çoxu ABŞ-ın ərazisində yerləşib.

Xəbər lenti

Xəbər lenti