Bakı. Trend:
Hindistan Andxra-Pradeş ştatında Şrixarikota adasında 31 peykli PSLV raket-daşıyıcısını kosmosa uğurla buraxıb.
Trend-in məlumatına görə, raketin kosmosa çıxardığı "Cartosat-2" Hindistanın çəkisi 700 kiloqramdan çox olan ən böyük peyki olub.
Peyk Yerin səthini müşahidə etmək üçün nəzərdə tutulub. Bu peykdən başqa, raket Hindistan istehsalı olan 100 kiloqramlıq mikropeyk və 5 kiloqramlıq nanopeyk buraxıb. Bundan əlavə, Kanada, Finlandiya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ istehsalı olan daha 28 nanopeyk buraxılıb.
Qeyd edək ki, bu, Hindistanın kosmosa buraxdığı sayca 100-cü nanopeykdir.