Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Tulsi Habbard (Havay ştatından demokrat) Havay ştatına doğru uçan raket haqqında xəbərdarlığı təkzib edib.
Trend-in məlumatına görə, bir qədər əvvəl Havay ştatının sakinləri ştata doğru uçan raket barədə xəbərdarlıq alıblar.
"Bu yanlış həyəcandır. Havay ştatına doğru raket uçmur, bunu mənə vəzifəli şəxslər təsdiq edib", - Tulsi Habbard "Twitter" səhifəsində yazıb.