...

"Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 260 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 24 Yanvar 2018 03:21 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Hərbi Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək azı 260 terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş Qərargahının bəyanaında bildirilir.

Bəyantda deyilir: "Əməliyyat başlayandan azı 260 PYD/YPG və İŞİD terror qruplaşmalarının üzvləri məhv edilib. Əməliyyat plana uyğun olaraq davam edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti