Bakı. Trend:
ABŞ-ın Alyaska ştatında yanvarın 23-də baş vermiş Rixter cədvəli üzrə 8.2 bal gücündə zəlzələdən sonra afterşoklar səngimək bitmir.
Trend-in məlumatına görə, təkanlar Sakit okeanda qeydə alınıb.
Seysemologiya Xidməti son 3 saat ərzində 7 afterşik qeydə alınması barədə məlumat yayıb. Məlumata görə, təkanların ən zəifi 3, ən güclüsü isə 4,4 bal gücündə baş verib.
Sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib.
Hələlik hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.