...

Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini tapılıb

Dünya xəbərləri Materials 28 Yanvar 2018 10:57 (UTC +04:00)
Yeni Zelandiyanın Hava Qüvvələri içərisində Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini olan qayıq aşkar edib
Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini tapılıb

Bakı. Trend:

Yeni Zelandiyanın Hava Qüvvələri içərisində Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini olan qayıq aşkar edib.

Trend-in məlumatına görə, qayıq Sakit okeanda yerləşən Nauru ada dövlətinin sahillərindən 300 km məsafədə tapılıb. Sərnişinlər qayıqdan təxliyyə olunub.

Bərəni digər sərnişinlərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, bərə dekabrın 18-də Nonouti adasının limanından çıxıb və dekabrın 20-də Kiribatinin paytaxtı Cənubi Taravaya gəlməli idi. Lakin bərə təyin olunmuş vaxtda gəlib çıxmayıb. Bərə ilə əlaqə kəsildiyinə görə, axtarışlar başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti