...

Türkiyə ordusu Afrində 557 terrorçunu məhv edib

Dünya xəbərləri Materials 28 Yanvar 2018 23:15 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Hərbi Qüvvələri Suriyanın Afrin bölgəsində "Zeytun Budağı" əməliyyatı çərçivəsində 557 terrorçu məhv edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Türkiyə HHQ "Zeytun budağı" əməliyyatı zamanı 20 hədəfi vurub - PYD, YPG və İŞİD-in sığınacaqları, atəş nöqtələri, silah anbarları. Əməliyyatda 13 təyyarə iştirak edib və sağ-salamat bazaya qayıdıblar. Gün ərzində 73 terrorçu, əməliyyat başlayandan - 557 terrorçu məhv edilib. İki hərbçi yaralanıb. Onların həyatı üçün təhlükə yoxdur".

Qeyd edilir ki, əməliyyat plana uyğun şəkildə davam edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti