...

Ermənistanda tüğyan edən inflyasiya süd bazarını da çökdürdü

Dünya xəbərləri Materials 31 Yanvar 2018 12:03 (UTC +04:00)
Ermənistanda ötən il quraq keçdiyi üçün mal-qara üçün yem kifayət etməyib və bu da süd istehsalının azalmasına səbəb olub
Ermənistanda tüğyan edən inflyasiya süd bazarını da çökdürdü

Bakı. Trend:

Ermənistanda ötən il quraq keçdiyi üçün mal-qara üçün yem kifayət etməyib və bu da süd istehsalının azalmasına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, ötən ildən başlayaraq pendirin qiyməti 20 faiz bahalaşıb. Mütəxəssislər bu inflyasiyanın bu il də davam edəcəyini hesab edirlər.

Ermənistanın Pendir İstehsalçıları İttifaqının rəhbəri Armen Giqoyan deyib ki, ötən il olduğu kimi, bu il də Ermənistanda süd və pendir qıtlığı yaşana bilər: “Ölkənin Kənd Təsərrüfatı Nazirliyi özünü bu sahədə hansısa tədbirlər həyata keçirirmiş kimi göstərdiyi vaxtda, vətəndaşlar inflyasiyanın zərbələrindən əziyyət çəkirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti