...

"Zeytun budağı" əməliyyatı çərçivəsində daha 5 türk hərbçisi həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 3 Fevral 2018 21:34 (UTC +04:00)
Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 5 türk hərbçisi həlak olub
"Zeytun budağı" əməliyyatı çərçivəsində daha 5 türk hərbçisi həlak olub (YENİLƏNİB)

Bakı. Trend:

Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 5 türk hərbçisi həlak olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Afrinin şimal-şərqində yerləşən Şeyx Horoz rayonunda terrorçular tərəfindən atılan mərmilərdən biri Türkiyə Hərbi Qüvvələrinin tankına dəyib. Nəticədə tankda olan 5 hərbçi həlak olub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti