...

Nikos Anastasiadis Kiprdə keçirilən prezident seçkilərində qalib gəlib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 4 Fevral 2018 21:57 (UTC +04:00)
Kiprin hazırkı prezidenti Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
Nikos Anastasiadis Kiprdə keçirilən prezident seçkilərində qalib gəlib (YENİLƏNİB)

Bakı. Trend:

Kiprin hazırkı prezidenti Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə ölkənin DİN-i səslərin 100 faizinin hesablanmasından sonra bildirib.

Seçicilərin fəallığı 73,97 faiz təşkil edib.

Xatırladaq ki, Kiprin yeni prezidentinin adı rəsmən saat 22:00-da “Tassos Papadopulos” stadionunda keçiriləcək mərasimdə elan ediləcək. Yeni dövlət başçısı öz vəzifələrinin icrasına fevralın 28-də başlayacaq.

X X X

21:35

Kiprdə keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Trend-in məlumatına görə, səsvermə yerli vaxtla saat 18-də yekunlaşıb.

Prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci tura 35,5% səs toplayan sağçı “DİSİ” partiyasından namizəd, ölkənin hazırki prezidenti Nikos Anastadiadis və 30,25% səs toplayan solçu “AKEL” partiyasının nümayəndəsi Stavros Malas keçib.

Seçkilərin nəticələri saat 19:30-da məlum olacaq.

Kiprin yeni prezidentinin adı rəsmən saat 22:00-da “Tassos Papadopulos” stadionunda keçiriləcək mərasimdə elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti