...

Meksikada restorana hücum olunub: 6 ölü

Dünya xəbərləri Materials 9 Fevral 2018 07:09 (UTC +04:00)
Meksikanın Halisko ştatının Tlakepake bələdiyyəsində bir qrup silahlı restirana hücum edib
Meksikada restorana hücum olunub: 6 ölü

Bakı. Trend:

Meksikanın Halisko ştatının Tlakepake bələdiyyəsində bir qrup silahlı restirana hücum edib.

Trend-in məlumatına görə, silahlılar restoranda nahar edən 6 nəfəri güllələyib. Onlardan 5-i hadisə yerində, biri isə xəstəxanaya aparılarkən həlak olublar.

Hadisə yerinə gələn polis müəyyən edib ki, öldürülən insanların üzərində silah olub, amma onlar müqavimət göstərə bilməyiblər.

Xəbər lenti

Xəbər lenti