...

"Zeytun budağı" əməliyyatı çərçivəsində daha 3 əcnəbi terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 19 Fevral 2018 09:53 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatı çərçivəsində 3 əcnəbi terrorçu zərərsizləşdirilib.
"Zeytun budağı" əməliyyatı çərçivəsində daha 3 əcnəbi terrorçu zərərsizləşdirilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində 3 əcnəbi terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, PYD və YPG terror qruplaşmalarına qarşı əməliyyat zamanı terrorçuların tərəfində döyüşən Niderland, İspaniya və Fransa vətəndaşları da məhv edilib.

Beləliklə, "Zeytun budağı" çərçivəsində zərərsizləşdirilən əcnəbi terrorçuların sayı 100-ü ötüb.

Bundan əvvəl PYD və YPG terrorçularının sıralarında ABŞ, Fransa, Almaniya, Çin, Yaponiya və digər dövlətlərin vətəndaşlarının döyüşdüyü barədə məlumat verilmişdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti