Bakı. Rufiz Hafizoğlu - Trend:
Ankarada ABŞ səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilərək "Zeytun budağı" qoyulub.
Trend-in məlumatına görə, bu barədə qərar fevralın 13-də qəbul edilib.
Yerli KİV-lər bu qərarı Türkiyənin keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatına qarşı ABŞ-ın mövqeyi ilə əlaqələndirirlər.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.