...

Nigeriyada "Boko haram" silahlılarının hücumundan sonra 111 məktəbli qız itkin düşüb

Dünya xəbərləri Materials 22 Fevral 2018 01:21 (UTC +04:00)

Bakı. Trend:

"Boko haram" radikal qruplaşmasının silahlıları Nigeriyanın Yobe ştatında yerləşən Dapçi kəndinə hücum ediblər.

Trend-in məlumatına görə, silahlıların hücumundan sonra azı 111 məktəbli qız itkin düşüb.

Qeyd edək ki, 2014-cü ilin aprel ayında "Boko haram" radikal qruplaşmasının silahlılarının Çibok şəhərinə hücum edərək 276 məktəbli qız qaçırıblar. Onların 57-si qaça bilib, 20-si isə 2016-cı ilin oktyabrında danışıqlar nəticəsində azad edilib. Daha sonra 2017-ci ilin may ayında 82 qız azadlığa buraxılıb. 100-ə yaxın məktəbli qız isə itkin düşmüş sayılıt.

Xəbər lenti

Xəbər lenti