...

Türkiyə SQ silah-sursat daşıyan terrorçuların konvoyunu məhv edib (FOTO)

Dünya xəbərləri Materials 23 Fevral 2018 08:17 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərinə yaxınlaşan terrorçuların konvoyuna zərbələr endirib.
Türkiyə SQ silah-sursat daşıyan terrorçuların konvoyunu məhv edib (FOTO)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərinə yaxınlaşan terrorçuların konvoyuna zərbələr endirib.

Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, PYD/YPG, PKK və İŞİD terrorçularına aid konvoy Afrindən 15 km məsafədə olub.

Müəyyən edilib ki, 30-40 avtomobildən ibarət konvoy silah-sursat daşıyırdı.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti