Bakı. Trend:
ABŞ Dövlət Departamenti Amerika səfirliyinin Qüdsə köçürüləcəyi tarixi açıqlayıb.
Trend-in verdiyi xəbərə görə, Dövlət Departamenti köçürmənin 2018-ci ilin may ayında baş tutacağı barədə məlumat yayıb.
Səfirliyin İsrail Dövlətinin 70-illiyi ilə eyni tarixdə açılacağı qeyd olunur.
Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.