...

ABŞ səfiri Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir

Dünya xəbərləri Materials 27 Fevral 2018 17:14 (UTC +04:00)
ABŞ-ın Moskvadakı səfiri Con Hantsman 2018-ci ildə Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin yaxşılaşacağına ümid edir.
ABŞ səfiri Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir

Bakı. Trend:

ABŞ-ın Moskvadakı səfiri Con Hantsman 2018-ci ildə Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin yaxşılaşacağına ümid edir.

Trend-in məlumatına görə, Kazan Tibb Universitetinin tələbələri ilə görüşündə sanksiyalara toxunan diplomat qeyd edib:

"Sanksiyalar iki ölkənin münasibətlərində yaranmış problemlər nəticəsində tətbiq olundu. Biz bu problemləri tədricən həll edəcəyik. Bu mənada mən 2018-ci ilə nikbin baxıram".

Səfirin sözlərinə görə, hərdən televizora baxanda elə təəssürat yaranır ki, sanki Rusiya və ABŞ-ın dalaşmaqdan başqa bir işləri qalmayıb:

"Lakin sanksiyalara rəğmən, iki ölkə elm və biznes sahəsində də əməkdaşlıq edə bilər".

Xatırladaq ki, ötən gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin 30 gün ərzində Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin görüləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti