...

Misirdə iki sərnişin qatarı toqquşdu - 10 ölü

Dünya xəbərləri Materials 28 Fevral 2018 16:03 (UTC +04:00)
Misirin Boheyra əyalətində iki sərnişin qatarı toqquşub
Misirdə iki sərnişin qatarı toqquşdu - 10 ölü

Bakı. Trend:

Misirin Boheyra əyalətində iki sərnişin qatarı toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub. Daha 15 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə yerində xilasedicilər işləyir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti