...

Federasiya Şurası: Rusiya ABŞ-ın Suriyaya görə sanksiyalarına da hazırdır

Dünya xəbərləri Materials 2 Mart 2018 19:53 (UTC +04:00)
ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi tamamilə mümkündür.
Federasiya Şurası: Rusiya ABŞ-ın Suriyaya görə sanksiyalarına da hazırdır

Bakı. Trend:

ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi tamamilə mümkündür. Rusiya buna hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya Müdafiə və Təhlükəsizlik üzrə Federasiya Şurası sədrinin birinci müavini Yevfeni Serebrennikov ABŞ-ın Rusiyanın Suriyadakı fəaliyyətinə görə rəsmi Moskvaya sanksiya tətbiq etmə ehtimalına münasibət bildirərkən deyib.

O qeyd edib:

"Sanksiyaların tətbiqi tamamilə mümkündür. Biz həm buna, həm də ABŞ tərəfindən digər oxşar hərəkətlərə hazırıq".

Bundan əvvəl Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bəyan etmişdi ki, ABŞ Rusiyanın Suriyadakı fəaliyyətinə görə rəsmi Moskvaya qarşı "bir çox varianta", o cümlədən sanksiya tətbiq etmə məsələsinə baxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti