...

Dünyanın ən gözəl çimərliklərinin ADLARI açıqlandı

Dünya xəbərləri Materials 5 Mart 2018 13:25 (UTC +04:00)

Bakı. Trend:

"TripAdvisor" dünyanın 25 "ən yaxşı çimərliyi"nin adlarını açıqlayıb.

Trend-in məlumatına görə, aparılan sorğular nəticəsində Baham adaları yaxınlığında Terks və Kaykos adalarındakı Qreys-Bey çimərliyi ilk yerdə qərarlaşıb.

Şəffaf suyu və xırda qumu ilə seçilən bu çimərlik YUNESKO-nun maddi-mədəni irs nümunələri sırasına da daxil edilib.

İkinci yerdə isə Braziliyanın "Baia do Sancho" çimərliyi qərarlaşıb. Bura vulkanik mənşəli 20-yə yaxın adadan ibarət füsunkar bir yerdir.

Üçüncü yerdə isə Kubanın "Varadero" çimərliyi yer alıb.

Avropa qitəsinin ən yaxşı çimərliyi adını isə İspaniyada La-Konça çimərliyi qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti