Bakı. Trend:
“SpaceX” şirkəti 6 tonadək çəkisi olan İspaniyanın “Hispasat 30W-6” rabitə peykini fəzaya buraxıb.
Trend-in məlumatına görə, peyk bu gün səhər saatlarında ABŞ-ın Kanaveral kosmodromundan “Falcon 9” raket daşıyıcısı vasitəsilə buraxılıb.
Peykin buraxılışı martın 4-ə nəzərdə tutulsa da, bir sıra sistem sınaqları üçün uçuş bu günə keçirilmişdi.
Qeyd edək ki, “Hispasat” Avropa, Şimali Afrika, eləcə də Şimali və Cənubi Amerika ölkələrinə telekommunikasiya siqnalları ötürəcək.