...

ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində 10-dan artıq terrorçu məhv edilib

Dünya xəbərləri Materials 7 Mart 2018 00:14 (UTC +04:00)
ABŞ Əfqanıstanda 10-dan artıq İŞİD terrorçusu məhv edib
ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində 10-dan artıq terrorçu məhv edilib

Bakı. Trend:

ABŞ Əfqanıstanda 10-dan artıq İŞİD terrorçusu məhv edib.

Trend-in məlumtaına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığından bildiriblər.

Məlumatda deyilir: "ABŞ Əfqanıstanın 3 əyalətinə hava zərbələri endirib. Cauzdan əyalətinə martın 3-ü endirilən hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Kunar və Nanqahar əyalətlərinə martın 4-ü endirilən hava zərbələri nəticəsində isə 2 terrorçu məhv edilib".

Məlumatda qeyd edilir ki, fevral ayı ərzində ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində 7 terrorçu məhv edilib.

Xəbər lenti

Xəbər lenti