...

Hindistanda evtanaziyaya icazə verildi

Dünya xəbərləri Materials 9 Mart 2018 16:53 (UTC +04:00)
Hindistan Ali məhkəməsi müalicəsi mümkün olmayan xəstələrin passiv evtanaziya hüququnun olması barədə qərar verib
Hindistanda evtanaziyaya icazə verildi

Bakı. Trend:

Hindistan Ali məhkəməsi müalicəsi mümkün olmayan xəstələrin passiv evtanaziya hüququnun olması barədə qərar verib.

Trend-in məlumatına görə, məhkəmənin qərarında deyilir ki, hər bir şəxs müalicə kursunu keçib-keçməyəcəyi və ya öz həyatının təminat sistemləri vasitəsilə dəstəklənməməsi barədə qərar qəbul etməkdə tam sərbəstdir.

Qeyd olunur ki, passiv evtanaziya, yəni müalicə kursunun bilərəkdən dayandırılması xəstənin bu barədə vəsiyyəti olacağı təqdirdə tətbiq olunacaq.

Bundan başqa, Ali məhkəmə xəstələrin yaxınlarına da evtanaziya ilə bağlı müraciət etmək icazəsi verib. Bu halda həkimlər passiv evtanaziyanın tətbiq olunub olunmaması barədə qərar qəbul etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti