...

Kanada polisinə ilk dəfə qadın rəhbərlik edəcək

Dünya xəbərləri Materials 10 Mart 2018 05:15 (UTC +04:00)
Kanadanın baş naziri Canstin Tryudo ilk dəfə olaraq ölkənin federal polisinin daimi rəhbəri vəzifəsinə qadın təyin edib
Kanada polisinə ilk dəfə qadın rəhbərlik edəcək

Bakı. Trend:

Kanadanın baş naziri Canstin Tryudo ilk dəfə olaraq ölkənin federal polisinin daimi rəhbəri vəzifəsinə qadın təyin edib.

Trend-in məlumatına görə, rəhbər vəzifəsinə təyin edilən Brenda Laki 1986-ci ildən polis əməkdaşıdır. O, keçmiş Yuqoslaviyada sülhməramlı qüvvələrdə xidmət edib və Haitidə BMT missiyası üçün polislərin öyrədilməsinə kömək edib.

B.Laki BMT-nin medalı ilə təltif edilib. O, federal polisinin daimi rəhbəri vəzifəsində işinə aprelin ortasından başlayacaq.

Xəbər lenti

Xəbər lenti