...

Tramp: "Şimali Koreya ilə danışıqlar çox uğurlu olacaq"

Dünya xəbərləri Materials 11 Mart 2018 10:19 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inlə danışıqlarda “böyük uğur” əldə edəcəyində əmin olduğunu bildirib
Tramp: "Şimali Koreya ilə danışıqlar çox uğurlu olacaq"

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inlə danışıqlarda “böyük uğur” əldə edəcəyində əmin olduğunu bildirib.

Trend-in verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Hesab edirəm ki, bizi böyük uğur gözləyir”,-deyə Tramp bildirib.

Daha öncə Donald Tramp Şimali Koreyanın sülh arzuladığını bəyan edib.

Xatırladaq ki, martın 9-da Cənubi Koreyanın nümayəndəsi Trampın Kim Çen Inlə 2018-ci ilin may ayınadək görüş keçirməyə razılıq verdiyini bildirib.

Sonradan Ağ Ev məlumatı təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti