...

Çin prezidentinin ömürlük iqtidarda qalmasına icazə verildi

Dünya xəbərləri Materials 11 Mart 2018 13:54 (UTC +04:00)
Ümumçin Xalq Nümayəndələri Məclisinin deputatları ölkə Konstitisiyasına ÇXR-ın sədrinin vəzifəsində qalmasına məhdudiyyətləri ləğv edən düzəlişlərin edilməsini təsdiq ediblər
Çin prezidentinin ömürlük iqtidarda qalmasına icazə verildi

Bakı. Trend:

Ümumçin Xalq Nümayəndələri Məclisinin deputatları ölkə Konstitusiyasına ÇXR-ın sədrinin vəzifəsində qalmasına məhdudiyyətləri ləğv edən düzəlişlərin edilməsini təsdiq ediblər.

Trend-in verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Sözü gedən düzəlişlər fevral ayının sonunda Çin Kommunist Partiyası tərəfindən təklif olunub.

Beləliklə, bundan sonar Çin Xalq Respublikasının sədri və onun müavini heç bir məhdudiyyət olmadan dövlət başçısı vəzifəsinə seçilə bilərlər.

Xatırladaq ki, bugünədək onlar öz vəzifəsinə yalnız iki beşillkik müddətə seçilə bilərdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti