...

SON DƏQİQƏ! Türkiyə SQ Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır

Dünya xəbərləri Materials 12 Mart 2018 17:06 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunun mərkəzini tam mühasirəyə almağa hazırlaşır
SON DƏQİQƏ! Türkiyə SQ Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunun mərkəzini tam mühasirəyə almağa hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Qeyd olunur ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin ətrafında 1100 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.

Bu gün Türkiyə qoşunları daha beş yaşayış məntəqəsini azad edib. Türkiyə KİV-ləri məlumat verir ki, qoşun Afrinin mərkəzindən 1,5 kilometr məsafədədir.

Eyni zamanda PYD və YPG terrorçularının dinc sakinlərə şəhəri tərk etməyə icazə vermədiyi deyilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti