...

Türkiyədə bir sıra vəzifə təyinatlarını yalnız Ərdoğan edəcək

Dünya xəbərləri Materials 13 Mart 2018 01:27 (UTC +04:00)
Türkiyədə bir sıra vəzifə təyinatlarını yalnız ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.
Türkiyədə bir sıra vəzifə təyinatlarını yalnız Ərdoğan edəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə bir sıra vəzifə təyinatlarını yalnız ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.

Trend-in türk mətbuatına istinadən verdiyi məlumata əsasən, Ərdoğan Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK), Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun (TMSF), Türkiyənin Bank Nəzarəti Qurumunun (BDDK) və Kapital Bazarı Şurasının (SPK) başçılarını təyin edəcək.

Qeyd edək ki, daha öncə RTÜK, TMSF, BDDK и SPK başçıları ölkənin baş naziri tərəfindən təyin olunurdu.

Xəbər lenti

Xəbər lenti