Bakı. Trend:
ABŞ-ın keçmiş dövlət katibi və ötən prezident seçkilərində namizəd olmuş Hillari Klinton Hindistanda xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, H.Klinton Hindistanın Racasthan ştatında dünyanın ən bahalı iqamətgahlarından olan Umayd-Bhavan kompleksində hotelin vanna otağında yıxılıb.
Nəticədə H.Klintonun biləyi sınıb.
H.Klinton müayinə keçdikdən sonra əlinə sarğı qoyulub. Onun Hindistanda səfərlərinin davam edəcəyi məlumat verilib.