...

ABŞ 60 Rusiya diplomatını ölkədən çıxarır

Dünya xəbərləri Materials 26 Mart 2018 17:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hökuməti 60 Rusiya diplomatının ölkədən çıxarılması, eləcə də Sietldəki Rusiya baş konsulluğunun bağlanması barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Ağ ev administrasiyasının nümayəndəsi xüsusi brifinqdə bildirib.

Ölkədən xaric edilən 60 diplomatdan 48-i səfirlik, 12 isə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşlarıdır.

Onlar həftə ərzində ölkəni tərk etməlidir.

Qeyd edək ki, ABŞ-la yanaşı Ukrayna və 14 Aİ ölkəsi də Rusiya diplomatlarını ərazisindən çıxarır.

Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti