...

Putin Kemerovoya gəlib

Dünya xəbərləri Materials 27 Mart 2018 06:43 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə gəlib.
Putin Kemerovoya gəlib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə gəlib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Son məlumatlara əsasən, Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onların arasında çoxlu sayda uşaq var.

Regionda hadisə ilə bağlı martın 29-a kimi matəm elan olunub. Gözlənilir ki, Putin hadisə yerini ziyarət edəcək, bölgə rəhbərliyinin və fövqəladə xidmətlərin nümayəndələrinin məruzələrini dinləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti