Bakı. Trend:
Fransanın İzer departamentində sürücü avtomobili bir qrup hərbçinin üzərinə sürüb.
Trend-in məlumatına görə, hadisə kazarma yaxınlığında hərbçilərin səhər idmanı zamanı baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb. Sürücü hadisə yerindən uzaqlaşa bilib.
Hazırda bu insidentin terror aktı olub-olmaması araşdırılır.
Sürücünün axtarışları davam edir.