...

Fələstin BMT-yə müraciət etdi

Dünya xəbərləri Materials 31 Mart 2018 01:38 (UTC +04:00)

Bakı. Trend:

Fələstin BMT Təhlükəsizlik şurasını İsrailin Qəzza zolağındaki hərəkətlərini qınamağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə Fələstin Dövlətinin BMT-dəki daimi nümayəndəsi Riyad Mansurun yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, ötən gün ərzində Qəzza zolağında baş vermiş toqquşmalar nəticəsində ən azı 15 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti